Unutqanlıq hansı xəstəliyin əlamətidir?

Unutqanlıq hansı xəstəliyin əlamətidir?
17:46 20 İyun 2015
487 Şou
Ölkə mətbuatı
A- A+

Hər birimiz 20 yaşa qədər oxuduqlarımızı tez əzbərlədiyimizi, gördüyümüz yeri həmişə xatırladığımızı bilirik. Ancaq müəyyən yaş həddindən sonra xatırlama qabiliyyətimizin azaldığını görürük. Bütün bunlara səbəb gündəlik həyatımızda keçirdiyimiz stresli anlardır.

Axşam.az-ın xarici mətbuata istinadən unutqanlıq və onun hansı xəstəliyin əlaməti olması ilə bağlı məlumatları təqdim edir:

Əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilər. Müasir dövrümüzdə isə bu xəstəlik gəncləşib. Bəzən boş hesab etdiyiniz bu unutqanlıq ən ağır xəstəliyə belə keçə bilər.

Günlük həyatda nələri unuduruq?

Unutqanlıq 7-dən 70-ə hər kəsin qarşılaşdığı bir problemdir. Harasa qoyduğumuş əşyaların yerini, adları, telefon nömrəsini, vəd etdiklərimizi, evdən çıxarkən götürməyimiz lazım olan bəzi əşyaları, həftənin hansı günü və ayın neçəsi olduğunu, bəzən isə bir neçə dəfə getdiyimiz məkanları unuduruq. 

Niyə unuduruq?

Hər bir insan gündəlik həyatında ehtiyacları ödəmək üçün çalışır. Gün ərzində bəlli bir saat işləmək yorğunluq əlamətidir. Belə bir insanın nəyisə unutması normaldır. Bəzən də aclıq, yuxusuzluq, stres, depresiya unutqanlıq əmələ gətirən vasitələrdəndir. Unutqanlıq - amneziya xəstəliyidir. Bu beyinlə bağlı olan xəstəlikdir. Beyindəki bu problemə səbəb demans sindromudur. Demans sindromlarının xəstəliyi yaddaşın zəifləməsinə, əsəblərin pozulmasına gətirib çıxarır. İlk vaxtlar bu xəstəliyin fəsadaları diqqəti çəkmir. İnsanlar elə başa düşürlər ki, bu normal haldır. Ancaq amnezya müalicə olunmadıqda daha da irəliləmə ehtimalı böyükdür. Unutqanlıq xəstəlikləri arasında ən çox yayılanı da məhz amneziyadır.

Qeyd edək ki siqaret, spirtli içkilər, çox çay içmək, qəhvə və düzgün qidalanmamaq da beyin xəstəliklərini törədən amillərdəndir.

Beyin yaddaşını təzə tutmaq üçün tez-tez tapmacalar  tapmaq, kitab oxumaq lazımdır. Amneziya xəstəliyi beyin hüceyrələrini azalması deməkdir. Unutqanlıqdan qaçmaq yerinə onun səbəblərni araşdırın. İlk əvvəl niyə bu hala gəldiyinizi düşünməyə başlayın. Əgər hər hansı bir dərman qəbul edirsinizsə, onunda beyinə təsir etmə ehtimalı var. Ona görə də dərman qəbul edərkən baş verən dəyişiklikləri ilk əvvəl həkiminizlə məsləhətləşin.

Hər gün davamlı olaraq, A, C və D vitaminləri qəbul edin. Bu vitaminlər beyində hüceyrələri öldürən bakteriyalara qarşı mübarizə aparır. Həmiçinin B vitamini də qəbul etməyiniz məsləhətdir. Statistikaya görə dünyada 65 yaşı olanlar arasında hər 20 insandan beşində, 90 yaşlılar arasında isə hər 10 adamdan 9-u amneziyadan əziyyət çəkir. Müasir dövrdə isə gənclər arasında hər 10 nəfərdən yeddisi unutqanlıqdan şikayətlənir. Gənclərin unutqanlıq problemləri onların gündəlik həyatlarında stres keçirmələri ilə bağlıdır. İlk əvvəllər çox az başlayan unutqanlıq halı getdikcə daha da irəliləyir, hətta sizin iş görməyinizə belə təsir edə bilər. Amneziya xəstələri tək, heç kimin köməyi olmadan yaşaya bilməz. O bədənin digər oqanlarına da təsir edir.

Amneziya olduğunu necə bilməli:

1. Yaxın vaxt ərzində baş verən hər hansı bir hadisəni və ya qohumlarınızdan ətrafınızdakılardan birinin adını unutmaq.
2. Hər hansı bir sözü tapmaqda çətinlik çəkmək.
3. Bildiyiniz yoları tapmamaq və tarixi unutmaq.
5. Geyinəcəyiniz paltara qərar verməkdə çətinlik çəkməyiniz.
6. Hesblamaqda əziyyət çəkdikmək.
7. Tez-tez istifadə etdiyiniz əşyaları qoyduğunuz yeri unutmaq.
8. Davranışlarınızda dəyişikliklər olur. Məsələn, tez-tez ağlamaq, hirslənmək.
9. Baş verən problemlərdən qaçmaq.

Bütün bu hadisələr amneziya xəstəliyinin ilkin əlamətləridir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı