“Tanrının kölgəsi” adlı şeir kitabının təqdimatı olub

“Tanrının kölgəsi” adlı şeir kitabının təqdimatı olub
18:43 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin məsul katibi Emin Pirinin “Tanrının kölgəsi” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq Emin Pirini istedadlı gənc şair kimi xarakterizə edib.
Qurumun mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bu kitabın “aybKitab” layihəsinin on dördüncü nəşri olduğunu bildirib.
Tədbirdə kitabdan seçmələr oxunub.
Emin Pirinin yaradıcılığını yüksək qiymətləndirərək, onun istedadlı şair olduğunu vurğulayan natiqlər “aybKitab” layihəsinin əhəmiyyətindən söz açıblar. Layihə çərçivəsində bir neçə kitabın da nəşr ediləcəyi bildirilib.
Sonda Emin Piri tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitabını imzalayıb oxuculara təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tanrinin_kolgesi_adli_seir_kitabinin_teqdimati_olub-865715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR