Afina Olimpiadasının çempionu: Avropa Oyunlarını təşkil səviyyəsinə görə London Olimpiadası ilə müqayisə etmək olar

Afina Olimpiadasının çempionu: Avropa Oyunlarını təşkil səviyyəsinə görə London Olimpiadası ilə müqayisə etmək olar
18:43 20 İyun 2015
55 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Əziz Məmmədov, AZƏRTAC
Avropa Oyunları möhtəşəm idman yarışlarıdır. Azərbaycan bu yarışlara çox qısa müddətdə hərtərəfli hazırlaşıb. İnanmaq çətindir ki, iki il yarım ərzində bunu etmək mümkün imiş. Hər şey ən yüksək səviyyədə təşkil edilib. Səmimi sözümdür, Avropa Oyunlarını təşkil səviyyəsinə görə London Olimpiadası ilə müqayisə etmək olar.
2004-cü il Olimpiya Oyunlarının çempionu, 2002-ci ildə dünya çempionatının, 2003-cü ildə dünya kubokunun qalibi, birinci Avropa Oyunlarında qadınlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəşaçma üzrə yarışların iştirakçısı, ukraynalı Olena Kosteviç bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
O.Kosteviç Bakıya səfəri barədə təəssüratlarını bölüşərək deyib: “Şəhəriniz məni məftun etdi. Sakinləriniz çox üzügülər və səmimidir. Avropa Oyunlarının açılışında azərbaycanlı azarkeşlərin bizim komandanı necə səmimi qarşılamaları hələ də xatirimdədir. Bu, təsvirəgəlməz dərəcədə xoş hisslər idi”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afina_Olimpiadasinin_chempionu_Avropa_Oyunlarini_teskil_seviyyesine_gore_London_Olimpiadasi_ile_muqayise_etmek_olar-865713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR