Qaxda baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər ölüb

20:32 20 İyun 2015
1817 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 20:30 ]

Qax.Vüqar Heydərov-APA. Qax rayonunda ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə Qax rayonunun girəcəyində baş verib.

 

10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə toqquşub.

 

Nəticədə “Niva" markalı avtomobilin sürücüsü və 2 sərnişini,  "Mercedes" markalı avtomobildə isə 2 nəfər hadisə yerində ölüb.

 

Hadisə yerinə FHN-in Şəki və Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və xilasediciləri cəlb edilib.

 

Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR