Bakıda yaralanan avstriyalı idmançı ölüb?

Bakıda yaralanan avstriyalı idmançı ölüb?
22:31 20 İyun 2015
443 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 11-də Bakıdakı Avropa Oyunlarının Atletlər Kəndindəki qəza nəticəsində yaralanmış avstriyalı idmanı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlər yalandır.

ANS PRESS xəbər verir ki, bunu APA-ya Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib.

“Mən dünən də, bu gün də xəstəxanada olmuşam və onun həkimləri ilə danışmışam. V.Sahinoviçin vəziyyəti sabitdir və səhhətində heç bir dəyişiklik yoxdur. Bəzi mətbuat orqanlarının bu xəbəri haradan aldığını bilmirəm, amma bu əsassız və yalan xəbərdir” – deyə səfir qeyd edib.

Qeyd edək ki, iyunun 11-də səhər saatlarında Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş vermişdi. Qəza zamanı sinxron üzgüçülük üzrə Avstriya milli komandasının 3 idmançısı yaralanmışdı. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Avsrtiyaya göndərilmişdi.

İdmançı Vanessa Saxinoviç ciddi zədə almışdı. Bir neçə sınıq zədəsi alan idmançı dərhal Vyanaya göndərilmişdi. Bundan başqa üzgüçü Luna Payer də vətəninə yola salınmışdı. Digər idmançı Verena Breyt yüngül zədə almışdı və Atletlər kəndində qalmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR