Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb

Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb
12:36 21 İyun 2015
80 İdman
Ölkə mətbuatı
A- A+

"Avropa Oyunlarını 2019-cu ildə keçirmək üçün Niderlandı əvəzləmək istəyən 7 namizəd ölkə var".

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

Onun sözlərinə görə, Niderland "Bakı-2015" I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl Oyunların çox böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən imtina etdiyini açıqlayıb:

"Onun imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağı artırıb. Bizim əvvəlcə altı namizədimiz var idi. Daha sonra Niderland imtina etdi. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək".

P. Hikki əlavə edib ki, ümumilikdə, "Bakı-2015" I Avropa Oyunlarından çox razıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR