Balaca tamaşaçılar üçün "Məlikməmməd və sehrli almalar" hazırlanır - FOTO

Balaca tamaşaçılar üçün "Məlikməmməd və sehrli almalar" hazırlanır - FOTO
16:05 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir uşaq tamaşasının məşq prosesinə start verilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, üzərində yaradıcılıq işinə başlanılmış növbəti tamaşa Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilmiş "Məlikməmməd və sehrli almalar"dır.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Roza İbadova, Günel Məmmədova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Müşfiq Əliyev, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcəklər.
Tamaşanın premyerasının mart ayının 12-də nümayiş etdirilməsi nəzərdə tutulur.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR