Avropanın 7 nüfuzlu ölkəsinin peşəkar fotoqraflarını özündə birləşdirən epa.eu saytında Bakıda I Avropa Oyunları çərçivəsində su polosu yarışlarından çəkilmiş fotosessiya yerləşdirilib.
Trend-in məlumatına əsasən, fotoşəkillərin müəllifi I Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıda olan fotoqraf Sergey Doljenkodur.
Fotoqraf İspaniya komandası ilə mübarizədə qızıl medal qazanmış Serbiya nümayəndələrinin sevinc anlarını çəkib.
Milli.Az




