"Yüz manat deyiləm ki, hamının xoşuna gəlim” - Aytən

"Yüz manat deyiləm ki, hamının xoşuna gəlim” - Aytən
16:41 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Mən həqiqəti deməyi xoşlayıram. Bizdə doğru söyləyəni aqressiv adlandırırlar. Efirdə obraza girmirəm. Mən tamam fərqli ANS məktəbi keçmişəm".

Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbət zamanı ANS TV-nin aparıcısı Aytən Səfərova deyib.
O bildirib ki, sosial şəbəkədə haqqında yazılan rəylərə əhəmiyyət vermir:

"Orada minlərlə fərqli tərbiyənin, düşüncənin sahibi olan insan var. Hərə bir ailənin üzvüdür. Mənfi fikirlərə normal reaksiya göstərirəm. Yüz manat deyiləm ki, hamının xoşuna gəlim”.

A.Səfərovanın sözlərinə görə, iki dəfə serialda çəkilməyə dəvət alsa da, ailəsi buna qarşı çıxıb:

"Evdən icazə vermirlər. Deyirlər, insan bir işlə məşğul olar. Aktrisalıq qabiliyyətim var. Düşünürəm ki, aparıcıda bunun olması mütləqdir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR