Bakı, 22 iyun, AZƏRTAC
Ukraynada kölgə iqtisadiyyatı 67 faiz təşkil edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu rəqəmi Ukrayna Maliyyə Nazirliyi başçısının müavini Yelena Makeyeva səsləndirib.
“Maliyyə Nazirliyinin məlumatına görə, 2014-cü ildə kölgə biznesi 42 faiz təşkil edib. Bizim hesablamalarımıza görə, o daha yüksəkdir. Başa düşün, 33 faiz vergi ödəyir, 67 faiz ödəmir” – nazir müavininin bu sözlərini “Biznes” nəşri sitat gətirir.
Ukraynanın maliyyə naziri Natalya Yaresko bu yaxınlarda oliqarxlar üçün vergiləri artırmaq niyyətində olduğu və kölgə iqtisadiyyatı ilə mübarizənin təsirli vasitəsini tapdığı barədə məlumat vermişdi.