AMEA-da institut direktoru vəzifəsindən azad edilib

18:07 21 Yanvar 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:05 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib.

 

APA-nın xəbərinə görə, Vasif Abbasov Təcrübə-Sənaye Zavodunun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Reyhan Qasımova AMEA-nın Yer Elmləri Bölməsinin elmi katibi vəzifələrinə təyin olunub. Aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov öz ərizəsi ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

 

Bundan başqa, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Zümrüd Məmmədova AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zemfira Abbasova AMEA Dendrologiya İnstitutunun elmi katibi, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədov Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Nailə Mirzəyeva Zoologiya İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva Dilçilik İnstitutunun elmi katibi, Ruslan Kərimov AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR