İtaliya futbolunda növbəti korrupsiya qalmaqalı yaşanır.

ANS PRESS-in məlumatına görə, ötən gün polis “Kataniya” klubunun ofisinə basqın edərək klub prezidenti Antonio Pulvireti və digər klub rəsmilərini həbs edib.

“Kataniya” rəhbərliyinin klubun B Seriyasına düşməməsi üçün 5 oyunun satın aldığı iddia edilir.

Araşdırmalar davam edir.