Sevgilisinə görə ordudan uzaqlaşdırılır

Sevgilisinə görə ordudan uzaqlaşdırılır
18:59 21 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiya ordusunun çavuşu olan Yovette adlı bir qadın Türkiyə əsilli oğlanla sevgi münasibətində olduğu üçün ordudan uzaqlaşdırılır. Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumatına görə, buna səbəb ordunun məxfiliyinin qorunmasına nəzarət etməkdir. Hollandiya qanunlarına görə, orduda xidmət edən hərbi qulluqçu bu ölkənin vətəndaşı ilə nikah qura bilər və ya Hollandiya hərbi təhlükəsizlik qurumunun əməkdaşlıq etdiyi ölkələrin vətəndaşı ilə münasibət saxlamalıdır. Yovettenin Mehmet adlı türkiyəli oğlanla sevgi münasibətləri üzə çıxdıqdan sonra araşdırma aparılıb və məlum olub ki, ölkənin Türkiyə ilə təhlükəsizlik sahəsində hər hansı bir əməkdaşlığı yoxdur.

 

Yovette isə Bohumda tanış olduğu Mehmeti sevdiyini bildirir: "Mən həm işimi, həm də sevdiyim insana dəyər verirəm. Biz tanış olduqdan sonra Amsterdamda yaşamağa qərar verdik. Mənim işimdən azad etmək isə o qədər də məntiqli deyil, çünki Türkiyədə bizim kimi NATO-nun üzvüdür və biz onlarla bir blokda hərbi əməkdaşlıq edirik”.  

 

 Bundan başqa, bildirilir ki, Hollandiyada Yovette kimi daha 20 nəfər ordudan kənarlaşdırıla bilər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR