Qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Azəryol" Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib.
Azərbaycan Super Liqasının gümüş mükafatçısı darmadağına üzülüb. Belə ki, "Fənərbaхça" 3:0 hesablı qələbə qazanıb.
Məğlubiyyətə rəğmən, "Azəryol" pley-off şansını hələ də qoruyur. “Fənərbaxça”nın 1-ci yerin sahibi kimi mərhələ adlayacağı dəqiqləşsə də, ona qoşulacaq klubun adına ya bu gecə, ya da son turda aydınlıq gələcək. Çünki bu gün keçiriləcək “Ştiinta” (Rumıniya) - “Nant” (Fransa) oyununda qonaqlar xal qazanmadan uduzarsa, “Azəryol”un pley-offa vəsiqəsi rəsmiləşəcək. Fransalılar qələbə qazanarsa, son turda “Azəryol”la qrup ikincisini müəyyənləşdirəcəklər.
Çempionlar Liqası
V tur
21 yanvar
Azəryol (Azərbaycan) - Fənərbaxça (Türkiyə) 0:3 (20:25; 15:25; 24:26)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Kovar Vlastimil (Çexiya).
Bakı, Voleybol Mərkəzi.
№ |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1. |
Fənərbaxça |
5 |
5 |
0 |
15-1 |
385-283 |
15 |
2. |
Azəryol |
5 |
3 |
2 |
10-8 |
399-383 |
8 |
3. |
Nant |
4 |
1 |
3 |
5-9 |
270-309 |
4 |
4. |
Ştiinta |
4 |
0 |
4 |
0-12 |
215-302 |
0 |
Fanat.az