Bakı, 24 iyun, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu media nümayəndələri üçün brifinq təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, iyulun 6 – da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq tədbirdə 40-a qədər media nümayəndəsinin iştirakı gözlənilir. Əsas məqsəd media nümayəndələrini büronun fəaliyyəti ilə yaxından tanış etmək, büro ilə Görüşlər Sənayesinin əməkdaşlığının mahiyyət və nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqla yanaşı, ümumilikdə büronun fəaliyyətinin ölkəmiz üçün nə kimi əhəmiyyət daşıdığını anlatmaqdır.