Azərbaycan Prezidenti İlham Əliyev Davosda İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Davosda İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
23:48 21 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+


Davos, 21 yanvar, AzərTAc
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edildi. Son dövrdə dövlətlərimizin başçılarının görüşlərində ikitərəfli münasibətlərin inkişafına dair aparılan səmərəli müzakirələrin bu gün müsbət nəticələr verdiyi bildirildi. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırıldı.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Davosda_Iran_Prezidenti_Administrasiyasinin_rehberi_ile_gorusub-826539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR