Putini devirmek isteyirler

Putini devirmek isteyirler
04:41 22 Yanvar 2015
241 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynadaki bohran fonunda Putinin devrilmesinde maraqli olan Qerb olkeleri Rusiyanin iqtisadi bogulmasina yonelen addimlarini davam etdirirler.

ANS PRESS-in melumatina gore, bu sozleri Rusiya prezidentinin metbuat katibi Dmitri Peskov Rusiyanin "Arqumenti i fakti" nesrine musahibesinde deyib.

"Qerbde Putini (Ukrayna ile) munaqisede teref kimi gostermeye, onu beynelxalq siyasetde tecrid etmeye, oz maraqlarindan ireli gelerek Rusiyani iqtisadi yolla bogmaga, Putinin devrilmesine cehd gosterirler. Bununla yanasi ondan qonsu olkedeki munaqisenin tenzimlemesini teleb edirler", - deye Peskov bildirib.

Peskovun sozlerine gore, Ukraynadaki hadiseler beynelxalq elaqeler ve "bir cox cehetden beynelxalq diplomatiyadan maskalari cixarib".

Rusiya resmisi deyib ki, Putin Merkelin cagirmadigi “Boyuk Yeddiler” sammitine hec de devet gozlemir ve bu zirve gorusu formatinin meqsedeuygun olmasi bele suallar dogurur.

Bununla yanasi Peskov deyib ki, Ukrayna bohrani olmasa da Qerb Rusiya ile elaqeleri cetinlesdirib korlamaq ucun bir behane tapacaqdi: "Eminem ki, Qerb bizden hec bir zaman el cekmeyecek ve mesele hec de Krimla Ukraynada deyil".

Bundan evvel konqrese muracietinde Barak Obama "Amerikanin guclu ve muttefiqlerile bir oldugunu" deyerek zeif iqtisadiyyata malik olan Rusiyanin Krim ilhaqi ve Ukrayna serqindeki separatcilara desteyine gore tecrid edilmis veziyyetde qaldigini bildirib.

Bu beyanati serh eden Rusiyanin xarici isler naziri deyib ki, olkesini tecrid etmek cehdleri netice vermeyecek.

Rusiya diplomatinin sozlerine gore, Moskva Ukraynanin serqinde ateskese nail olmaq isteyir. Kreml defelerle bildirib ki, onun resmi movqeyi Ukrayna erazi butovluyune destek vermekden ibaretdir.
Menbe
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR