Bakı, 25 iyun, Abdulla Suvar, AZƏRTAC
Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizdə olan xarici qonaqlar üçün keçirdiyi konsert proqramları davam edir.
AZƏRTAC xəbər verir ki, bu qəbildən olan növbəti konsert proqramı iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində "Qədim musiqi alətləri" Dövlət ansamblının ifasında təqdim olunub.
Solistləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanov olan ansamblın bədii rəhbəri əməkdar artist Munis Şərifovdur.
Gecədə ansamblın ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Böyük sәy vә ustalıqla bərpa edilmiş çәng, bәrbәt, rud, çәqanә, sәntur, setar, Şirvan tәnburu, rubab, qopuz kimi musiqi alәtlәrinin ifasında səslənən bir-birindən gözəl musiqi nömrələri ifaçılara xoş anlar bəxş edib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 1996-cı ildən etibarən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyətə başlayan ansamblın ətrafında 14 musiqiçi bir araya gəlib. Bu qrupun bәnzәrsizliyi ondadır ki, musiqiçilәr orta әsrlәrdә istifadә olunmuş, sonradan tәdricәn unudulmuş və xalq artisti Məcnun Kәrimov tәrәfindәn bәrpa olunmuş musiqi alәtlәrindә XIV әsr musiqisini, hәmcinin Azәrbaycan xalq mahnılarını ifa edirlәr.