Santiaqo Lopes Menendes adlı bir argentinalı əkinçilik mühəndisi Nigeriyada əsir götürülüb.

Metbuat.az-ın məlumatına görə, Nigeriyanın şimal-qərbində yerləşən Kontoqora bölgəsində 1 ilə yaxın müddətdir ki, soya və qarğıdalı istehsalıyla məşğul olan bir şirkətdə çalışan Menendesi silahlı şəxslər qaçırıblar.

İngiliscə bilməyən Menendes argentinalı olduğunu başa salmaq üçün 3 dəfə Messi sözünü işlədib. Bunun ardından silahlılar sakitləşiblər və Menendesin çalışdığı şirkətin ödədiyi müəyyən məbləğ qarşılığında onu sərbəst buraxıblar.

Hadisənin ardından ölkəsinə qayıdan Lopes Menendes bunları deyib:

"Messiyə təşəkkür borcluyam. Adını deməyim həyatımı qurtardı".