ABŞ-ın Maliyyə Departamenti 10 və 20 dollarlıq əskinazların üzərindəki portretləri dəyişərək qadın şəklilə əvəzləmək niyyətindədir. ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, dollarların üzərində hansı qadının olacağı isə hələ məlum deyil. Bunu üçün qarşıdakı aylarda sorğu keçiriləcək və səsvermə nəticəsində həmin qadının kimliyini müəyyənləşdiriləcək.

Hələlik isə sorğularda köləliyə qarşı vuruşan, minlərlə insanın azad olmasına kömək edən Harriet Tubman başçılıq edir. Növbəti sıralamalarda 1-ci ledi, Franklin Ruzveltin xanımı Eleanora Ruzvelt, insan haqları aktivisti Rosa Parks gəlir. Amerikalılar 10 və 20 dollarlıq əksinasların üzərində asəsan Amerika üçün önəmli şəxslərin olmasını istəyir.

Vaşinqton sakini Jef Trəf deyir ki, Harriet Tubman portretinin olması yaxsı ideyadır, o, həqiqətən də Amerikanın tarixində böyük şəxsiyyətdir.

“Məncə Eleanora Ruzvelt olmalıdır. Mən onu çox sevirəm. O, həqiqətən də möhtəşəm qadın olub. Çünki o, birinci xanım insanlar üçün, çox yaxşılıqlar edib”, – deyə Vaşinqton sakini Cin Cyus bildirib.

Yeni portretli əskinazlar 2020-ci ildən, ABŞ-da qadınların seçkilərdədə iştirak etmək hüququ verən Konstitusiyayanın 19-cu düzəlişinin 100 illiyi münasibətilə tədavülə buraxılacaq.

Hazırda 10 dollarlıq əskinazının üzərində 1929-cu ildən ABŞ-ın ilk maliyyə naziri və Amerika inqilabının vacib fiquru olan Aleksandr Hamiltonun portreti həkk olunub.

20 Dollarlıq əskinazın üzərində isə ABŞ-ın 7-ci prezidenti olmuş Andrü Ceksonun portetdir. İndiki dollarların üzərində hegemonluq kişilərə və ağdərili amerikalı liderlərər məxsusudur.

Bu isə qaradərililərin və feministlərin narazılığı ilə qarşılanır.