“Normand dördlüyü” Donbasda müharibəni dayandırmağa çağırır

“Normand dördlüyü” Donbasda müharibəni dayandırmağa çağırır
13:58 22 Yanvar 2015
188 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Berlin şəhərində “Normand dördlüyü”nün Donbasdakı vəziyyətin nizamlanmasına dair danışıqları keçirilir. Almaniya, Ukrayna, Fransa və Rusiyanın xarici işlər nazirləri təmas xəttindən Minsk danışıqlarında razılaşdırılmış qaydada ağır silahların geri çəkilməsinə nail olmaq üçün razılığa gəliblər.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, Berlində həmçinin “normand formatında” Astanada keçiriləcək sammitin perspektivləri də müzakirə olunub.
Hazırda Donbasda vəziyyət gərgin olaraq qalır, hərbi əməliyyatlar aktivləşir, ölənlərin sayı isə artır. Bu, keçən ilin yay aylarından bəri ordu ilə separatçılar arasında qeydə alınan ən ağır toqquşmalardır. Yanvarın 21-də 242 günlük müqavimətdən sonra Ukrayna ordusu tamamilə dağıdılmış Donetsk hava limanını tərk etmək məcburiyyətində qalıb.
Bu arada Donetsk şəhərinin Lenin rayonunda tramvay dayanacağına mərmi düşməsi nəticəsində 9 nəfərin öldüyü barədə xəbərlər yayılıb. Şəhərin tibb xidmətinin nümayəndələri isə hadisə zamanı 13 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığını bildirirlər.
BMT-nin məlumatına görə, ötən ilin aprel ayında Ukraynada başlanmış münaqişə ərzində ölənlərin sayı 4800 nəfəri keçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Normand_dordluyu_Donbasda_muharibeni_dayandirmaga_chagirir-826677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR