Əməkdar artistin baş redaktorla işbirliyi - klip təqdim edildi

Əməkdar artistin baş redaktorla işbirliyi - klip təqdim edildi
14:39 22 Yanvar 2015
137 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva bu gün mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçı tədbirdə sözləri Rəşad Məcidə, musiqisi özünə məxsus olan “Get” adlı klipini mediaya təqdim edib: “Bu gün təqdim etdiyim  klipimi rejissor Fərhad Əli ekranlaşdırıb. Düşünürəm ki, o, bu klipə 21-ci əsrin gözü ilə baxıb. Hər zaman yaradıcı işlərimlə sevənlərimin qarşısına çıxmağı üstün tutmuşam. İstəmirəm ki, yeni klipimdə qalmaqal yaradacaq tərəfləri axtarıb, tapsınlar. Rəşad Məcidin sözlərinə musiqi bəstələyib, oxumaq bu mənim üçün böyük bir şərəfdir. Düşünürəm ki, onun şeirlərinə tez-tez müraciət edəcəyəm. Bu dəfə 5 ildən sonra yox, daha qısa müddətdə olacağına inanıram. Klipdə geyimlərimi modelyer Gülnarə Xəlilova hazırladı. İmicimin üzərində stlist Sərxan çalışıb. Makiyajımı isə stilist Anar Ağakişiyev edib".

 

Rejissor Fərhad Əlinin ekranlaşdırdığı klipin prodüsseri Yalçın Cabbarovdur. Mahnının aranjemanı Özgür Azbak edib. 

 

Qeyd edək ki, mahnının sözlərinin müəllifi olan Rəşad Məcid Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in isə baş redaktorudur. 

 

 












Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR