Futbol üzrə “Bakcell U-14 elit kuboku” turnirinin püşkü atılıb

Futbol üzrə “Bakcell U-14 elit kuboku” turnirinin püşkü atılıb
15:33 22 Yanvar 2015
196 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 22-də AFFA-nın inzibati binasında futbol üzrə “Bakcell U-14 elit kuboku” turnirinin püşkatma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçılar turnir haqqında qısa məlumatlandırılıblar. Qeyd olunub ki, turnir artıq üçüncü ildir keçirilir və ikinci dəfədir ki, “Bakcell” şirkəti bu yarışa sponsorluq edir.
Turnirdə oyunlar mərkəzləşdirilmiş qaydada Bakıda keçiriləcək.
Yarışın əsas məqsədi liqalarda yaranan qış fasiləsindən səmərəli istifadə, oyunçuların təcrübəsinin artırılması və müvafiq yaş qruplu yığma komandalara seçim imkanının genişləndirilməsidir.
Püşkün nəticəsinə əsasən, 16 komanda 4 qrupda mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futbol_uzre_Bakcell_U_14_elit_kuboku_turnirinin_pusku_atilib-826718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR