Bakı, 2 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və digər normativ-hüquqi aktlara əsaslanaraq iyun ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, "Luxe Travel", "Kroun LTD", "Travel Club" və "Sky Star Travel Company" MMC-lər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
Beləliklə, respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.