Bakı, 4 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Muğanbank” ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 23 min 471 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 200 AZN-dir. Ticarətin 2016-cı il iyulun 7-dən başlanılacaq. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.