ANS PRESS-in məlumatına görə, Suriya dövlət televiziyası şəhərə edilən top atəşlərinin görüntülərini yayıb.
Paytaxt Dəməşqin şimalında yerləşən turizm şəhərlərindən biri olan Zabadani müxalif qüvvələrin Luvanla sərhəddəki son məkanlarından biridir. Bundan başqa şəhər Suriya və Livanı bir-birinə bağlayan Beyrut-Dəməşq magistral yolunun üzərində yerləşir.
Şəhərin müxalif qüvvələrdən geri alınması Suriya prezidenti Bəşər Əsəd üçün strateji önəmə sahibdir.

Bölgədə yaşayan dinc sakinlərin qaçdığı bildirilir.
Suriya Müdafiə Nazirliyinin mətbuat katibi dövlət televiziyasına bildirib ki, ordu qüvvələri bir neçə cəbhədə böyük ölçüdə məsafə qət edib və müxalif qüvvələr ciddi itkilər verib.
BBC-nin xəbərinə görə, ordu qüvvələri müxaliflərin Dəməşqin nəzarəti altındakı bəzi bölgələrinə etdiyi hücumlara cavab olaraq əks hücumalara başlayıb. Suriyanın Sana rəsmi xəbər agnetliyinin məlumatına görə, müxaliflər qüvvələrinin 100 döyüşçüsü öldürülüb.

Şəhər top atışlarının dumanı altında qalıb.