Türkiyə “Diyanət” vəqfi (TDV) tərəfindən “Hədiyyəm Quran olsun” layihəsi çərçivəsində Türkiyədə və ölkə xaricində 1 milyon insana Qurani Kərim hədiyyə olunacaq. ANS PRESS-in məlumatına görə, TDV-nin direktoru İsmayıl Palakoğlu fəaliyyət sahələrinin Balkanlardan Qafqaza, Türki respublikalardan Uzaq Şərqə, Latın Amerikasından Afrikaya qədər uzandığın deyib.

“Hədiyyəm Quran olsun” layihəsi: 1 milyon Quran paylanacaq

Bu ölkələrdəki bəzi bölgələrdə Qurani Kərim az olduğunu deyən Palakoğlu, “Bu yerlərdə hafizlik edənlərin ayələri quma və taxta parçalarına yazaraq əzbərləmələri təəssüf hissi doğurur” – deyib.

“Hədiyyəm Quran olsun” layihəsi: 1 milyon Quran paylanacaq

Son günlər ölkə daxilindən və xaricdən çox sayda Quran tələbi olduğunu deyən Palakoğlu xaricdə ehtiyac olan yerlərdə, ölkədə əsasən məktəb, yataqxana, xəstəxana, həbsana, Quran kursları, kasıblar və hafizlik edən şagirdlər üçün Quran paylamağın çox əhəmiyyətli iş olduğunu hesab edirəm.

“Hədiyyəm Quran olsun” layihəsi: 1 milyon Quran paylanacaq

“Diyanət” işləri ilə əməkdaşlıq etdiklərini deyən Palakoğlu İlahi mesajı daha böyük kütlələrə çatdırmaq, onu oxumaq, başa düşmək istiqamətində cəhdlərini dəstəkləmək məqsədi ilə “Hədiyyəm Quran olsun” kampaniyasını başlatdıqlarını deyib.