Müğənni Sevda Sanəliyeva övladı ilə yeni fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi şəklin yanına "Səni verən Allaha qurban olum. Bal balam, təsəllim, məni yaşamağa məcbur edən tək səbəb" sözlərini yazıb.
Qeyd edək ki, S.Sanəliyeva fevralda ana olub. İfaçı oğluna Elgün adını qoyub.
Milli.Az