Gürcüstanın daxili işlər naziri istefa verdi

Gürcüstanın daxili işlər naziri istefa verdi
17:42 23 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib
Trend-in nazirin bəyanatına istinadən verdiyi məlumata görə, o, Zurab Vazaqaşvilinin ölümündə əli olan məmurları himayə etməkdə təqsirləndirildyinə görə belə qərar qəbul edib.

A.Çikaidze bəyanatında deyir: "2006-cı ildə Zurab Vazaqaşvilini öldürməkdə əli olan polisləri himayə etməyim və sonradan onların guya istintaqa mane olmaları barədə bəyanatlar həqiqətəuyğun deyil. Lakin mən oğlu Zurabın məzarında partlayış nəticəsində Yuri Vazaqaşvilinin ölümünə görə müəyyən məsuliyyət hiss edirəm və istefa verirəm".

Onun sözlərinə görə, Y.Vazaqaşvilinin qətli barədə iş "isti izlər"lə açılsaydı, vəzifəsində qalacaqdı: "Lakin bu baş vermədi, mən İspaniyada məzuniyyətdəydim və indi bu qərarı verirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR