Ötən il İqtisadiyyat və Sənaye Nazirliyinə 14 mindən çox elektron müraciət daxil olub

17:47 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 17:44 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 14 minə yaxın müraciət daxil olub.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün 105, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün 6 müraciət olunub.

 

Müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, online rejimində təmin edilib.

 

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırda 7-si interaktiv, 21-i informativ olmaqla vətəndaşlara 28 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərdən istifadə üçün www.economy.gov.az və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmətlər bölməsinə daxil olmaq və müvafiq e-xidmətdən istifadə etmək mümkündür.

 

Nazirlik tərəfindən göstərilən interaktiv e-xidmətlər (lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi, kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı, inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi) elektron hökumət portalInda (www.e-gov.az) da yerləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR