İqtisadiyyat və Sənaye Nazirliyinə 14 mindən çox elektron müraciət daxil olub

18:58 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 7-si interaktiv, 21-i informativ olmaqla vətəndaşlara 28 elektron xidmət göstərilir. Mövcud elektron xidmətlərdən istifadə üçün www.economy.gov.az və nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış müvafiq e-xidmətdən istifadə etmək mümkündür.
AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən interaktiv e-xidmətlər (lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi, kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı, inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi) Elektron Hökumət Portalında (www.e-gov.az) da yerləşdirilib.
Ötən ildə nazirliyə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 14 minə yaxın, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün 105, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün 6 müraciət daxil olub.
Müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadiyyat_ve_Senaye_Nazirliyine_14_minden_chox_elektron_muraciet_daxil_olub-827119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR