Naməlum şəxs ABŞ Hərbi-Dəniz Qüvvələrinin Ehtiyat Mərkəzində atəş açıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, hadisə Tennesi ştatındakı Hamilton bölgəsində, Çattanuqa şəhərində baş verib.
İlkin məlumatlara görə, atışmada 1 polis əməkdaşı həlak olub, 4 nəfər yaralanıb.
Yaxınlıqdakı dövlət kommunikasiya kolleci və Li Universiteti bağlanıb.
Atəşa çan şəxsi qonşu Noksvill şəhərindəki Federal Təhqiqat Bürosunun ofisinin əməkdaşları da axtarırlar.
Çattanuqa şəhərinin meri Endi Berkenin dediyinə görə, atəş açan şəxs güllələnib.
Milli.Az






