Tbilisi, 17 iyul, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda tam başa çatdırılacaq. Azərbaycan ilə Gürcüstan bu xəttin tikintisindən irəli gələn öhdəlikləri tam yerinə yetiriblər. Yolun yalnız Türkiyə hissəsində bir qədər iş qalıb.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.
Nazir bildirib ki, dəmir yolunun Türkiyədən keçən hissəsində əsas işlər görülüb. Hazırda xətt boyu kommunikasiya işləri aparılır. İnanırıq ki, Türkiyə tərəfi bu işləri də yaxın vaxtlarda başa çatdıracaq.
“Düşünürəm ki, Şərqlə Qərbi birləşdirəcək bu nəhəng layihə gələn ilin əvvəlində tam istifadəyə veriləcək”, - deyə Kaladze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi