Xalq artisti Səməd Səmədov “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ailəsi ilə bölgələrdə dincələn müğənni bahalıqdan şikayətlənib:

“Həyat yoldaşım, övladlarım və onların ailəsi ilə bölgələrdə dincəldik. Bir həftə Qax, Zaqatala, Balakəndə gəzdik. Restoranda ofisiant bizə elə yüksək hesab gətirdi ki... Dedim, bu pulla Antalyada bir həftə dincəlmək olardı”.

S.Səmədov bu il nəvəsinin məktəbə gedəcəyini də bildirib:

“Nəvəm İradə sentyabrdan birinci sinfə gedəcək”.