"Rəşid Behbudovun vurğunu idim".
Bu sözləri SSRİ xalq artisti Nani Breqvadze Kanal S-ə eksklüziv müsahibəsində bildirib. "Qaya" vokal instrumental ansamblının üzvlərini, məşhur pianoçu və bəstəkar Vaqif Mustafazadəni çox sevdiyini, Rəşid Behbudovun vurğunu olduğunu deyən Nani Azərbaycan xalqının istedadından, musiqisevər olmağından danışıb.
Xatırladaq ki, 21 iyul tanınmış müğənni Nani Breqvadzenin doğum günüdür. Bu münasibətlə Kanal S "Romans şahzadəsi" adlı sənədli film hazırlayıb və bu gün saat 19.00-da Region TV-nin efirində yayımlanacaq. Qeyd edək ki, Kanal S Rasim Ocaqov, Vaxtanq Kikabidze, Əhmədiyyə Cəbrayılov, Sevil Qazıyeva haqqında sənədli filmlər hazırlayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

