Bakı, 21 iyul, Samirə Quliyeva, AZƏRTAC
"Kapital Bank" dünyanın məşhur biznes dərgilərindən biri olan "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan "Euromoney" mükafatı 100-dən artıq ölkədə aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın hesabat dövründə əldə etdiyi nəticələr, həmçinin beynəlxalq müxbir bankların nümayəndələri və tanınmış maliyyə mütəxəssislərinin müşahidə və təhlilləri nəticəsində əldə olunan məlumatlara əsasən verilir.