"Real"dan super transfer

"Real"dan super transfer
10:52 24 Yanvar 2015
122 İdman
Ölkə mətbuatı
A- A+

"Real" daha bir futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, Madrid təmsilçisi Braziliyanın "Kruzeyro" klubundan Lukas Silvanı transfer etdiyini rəsmi olaraq açıqlayıb.


21 yaşındakı gənc futbolçu son Avropa çempionu ilə 5,5 illik müqaviləyə imza atıb. Lukas üçün klubuna başda "Arsenal" olmaqla bir çox nəhəng klub təklif göndərmişdi.


Ancaq "Real" və "Kruzeyro" Lukas Silvanın transferi mövzusunda razılığa gəlib. Oyuncu ilə 30 iyun 2020-ci ilə qədər müqavilə imzalanıb. 


Sağlamlıq testindən keçdikdən sonra bazar ertəsi günü Santiaqo Bernabeuda rəsmi imzalanma mərasimi keçiriləcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotdan-super-transfer-t17744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR