Azərbaycan “New York Times Travel Show 2015” beynəlxalq turizm sərgisində təmsil olunur

13:12 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 13:06 ]


Bakı. Cavid Zeynallı – APA. Azərbaycan “New York Times Travel Show 2015" beynəlxalq turizm sərgisində təmsil olunur.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik rəsmilərindən başqa sərgidə 7 yerli turizm şirkəti, “Spektr travel”, “Pasha travel”, “SW travel”, “Regea travel”, “Geo travel”, “Turizm.az”, “The Tour”, 1 mehmanxana, “Gallery hotel” və “Azərbaycan Hava Yolları” da iştirak edir.  

Sərgidə turizm imkanlarının tanıdılması məqsədilə 30 kv.m-lik stend quraşdırılıb, sərgiyə gələnlərə təqdim etmək üçün ingilis dilində 17 adda buklet, broşür, bələdçi kitabı və jurnallar hazırlanıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətləri üçüncü dəfədir “New York Times Travel Show” beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə 150 ölkədən 500-ə yaxın şirkət və mehmanxana təmsil olunur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR