"Türkiyəni Aİ-yə üzv olmaq məsələsi maraqlandırmır"

"Türkiyəni Aİ-yə üzv olmaq məsələsi maraqlandırmır"
15:17 24 Yanvar 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəni Avropa İttifaqına (Aİ) üzv olmaq məsələsi maraqlandırmır
Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Ankara Aİ-ni sınaqdan keçirir: "Aİ həqiqətənmi demokratik sistemdir, yoxsa xristian klubudur? Bunu sınayırıq".

Ərdoğan bildirib: "Aİ Türkiyənin bu struktura üzv olmaq üçün yalvaracağını düşünürsə, səhv edir".

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə bərpa olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR