ABŞ-da qadın voleybolçular arasında keçirilən Dünya Qran Prisinin final mərhələsi davam edir.
Metbuat.az xəbər verir ki, iyulun 23-dən 24-nə keçən gecə turnirdə ümumilikdə 3 qarşılaşma keçirilib.
Günün mərkəzi matçında Rusiya sürprizə imza ataraq Braziliyanı məğlub edib. Çin Yaponiyadan, ev sahibi ABŞ isə İtaliyadan üstün olub.
Nəticələrə nəzər salaq:
Braziliya - Rusiya - 0:3 (19:25, 26:28, 19:25)
Yaponiya - Çin - 0:3 (20:25, 19:25, 12:25)
ABŞ - İtaliya - 3:1 (25:17, 25:14, 15:25, 25:18)