Azərbaycanlı aktyor: "Bu, inanılmaz olsa da, faktdır" (FOTO)

Azərbaycanlı aktyor: "Bu, inanılmaz olsa da, faktdır" (FOTO)
16:46 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Qanlı Yanvar" 63 günə çəkildi. Belə bir möhtəşəm filmin belə bir qısa müddətə ərsəyə gəlməsi inanılmaz olsa da, faktdır"

Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmində baş rollardan biri olan Nəcəf obrazını yaradan aktyor Faiq Mirzəyev ANS PRESS-ə açıqlamasında belə deyib.

Aktyor filmin böyük sürətlə çəkildiyini deyir: "Başqa vaxt bu müddətə aktyorlar yalnız ssenarini oxuyub bitirə bilirlər. Vahid müəllim fasiləsiz işləyirdi, çox vaxt gecələr də çəkiliş davam edirdi. Çünki filmi 20 Yanvar faciəsinin ildönümünə qurtarmalıydıq. Gecələr də çəkilişlər olurdu. Bu insan dincəlmirdi. Demək olar ki, bütün gününü bizimlə olurdu, biz onun dincəldiyini görmədik. Çox az yatırdı, bu insan kinonu vaxtında çatdırmaq üçün yuxu nədir bilmədi".

Sovet zabitinin içində olan Azərbaycan sevgisini göstərməyi bacaran aktyor, hətta rus dili kurslarına da getdiyini bildirdi: "20 Yanvar Azərbaycan xalqının qan yaddaşıdır və bu mövzuya 25 ildən sonra Vahid Mustafa Yev müraciət etdi. Bu bir hadisədir və mən çox şadam ki, bu tarixi filmdə baş rollardan birini canlandırmışam. Belə bir məsuliyyətli mövzuya girməyin çətinliyini bütün aktyorlar dərk edirdi. İnanın ki, hamı var qüvvəsilə çalışırdı. Vahid müəllimin çox əziyyəti oldu. Öz səhnələrim olmayanda çəkilişi kənardan izləyirdim. Vahid müəllim aktyordan istədiyini almayana qədər əl çəkmir, səhnə istədiyi kimi alınmayana qədər dayanmırdı. Onun bu iş prinsipi bizi daha da məsuliyyətli olmağa vadar edirdi. Sovet hərbçisi rus dilində səlis danışmalı idi, mən isə rusdilli deyiləm. Məsuliyyəti dərk etdiyimdən Vahid müəllimə bildirmədən pullu rus dili kurslarına yazılıb rus dilində ləhcəsiz danışmağı öyrəndim. Nəticə uğurlu oldu".








Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=320744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR