"Xəzər adaları"nın büdcəsi açıqlandı: 1 milyon

"Xəzər adaları"nın büdcəsi açıqlandı: 1 milyon
19:21 24 Yanvar 2015
124 İdman
Ölkə mətbuatı
A- A+

İlk 2 dövrədən sonra futzal üzrə güclülər dəstəsinin lideri olan "Xəzər adaları"nın icraçı direktoru Fuad Qəmbərov klublarının illik büdcəsini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bu gün baş məşqçi Elnur Qənbərov, habelə yeni transferlərin iştirakı ilə keçirilən mətbuat konfransında "adalılar"ın rəsmisi cari mövsüm üçün 1 milyon avro xərclənəcəyini dilə gətirib.

İcraçı direktor gələcək planlarından da danışıb: "AFFA-nın baş katibi Elxan Məmmədov, Futzal Federasiyasının prezidenti Zaur Axundova bildirmişik ki, klubumuzun Akademiyasını yaratmağı planlaşdırırıq. Yaxın vaxtlarda Akademiya fəaliyyətə başlayacaq. Eyni zamanda öz zalımızın inşasına da start vermişik. Gələcəkdə isə futbol klubu yaratmaq variantını da istisna etmirik".

Komandanın baş məşqçisi Elnur Qənbərov da maraqlı açıqlamaları ilə yadda qalıb: "Yeni dəvət etdiklərimiz oyunçulardan Karlos Anos İspaniya millisində çıxış edib. Millimizin ispaniyalı məşqçisi Tino Peres də bunu təsdiqləyə bilər. Felipe ilə özüm bir yerdə oynamışam. Onun ustalığına bələdsiniz. Şiko Paulista Braziliyanın ən güclü 10 futzalçısı sırasında dayanır. İki braziliyalı - Cefferson və Luis Neqao ilə yollarımızı ayırmışıq. Eyni zamanda Tapeyranı da göndərməyi düşünürük. Əsas qapıçımız Elnur Zamanova qədər Leo idi. Leo Braziliya millisinin Küveyt toplanışına da çağırılmışdı. Amma Elnuru bura dəvət edəndə demişdim ki, hansınız güclü olsanız, o da qapıda duracaq. Sloveniya yığmasının kapitanını almaq istəyirdik. Amma həmin müdafiəçinin transferinə 23-25 min avro istənildiyi üçün bu keçiddən imtina etdik".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR