İddiaya görə, R&B kraliçası Rihanna illərdir yaxın dost olduğu bir adla sevgi münasibətindədir. Bu isə ən azı onun qədər məşhur olan F1 pilotu Levis Hamiltondur.
İllərin dostları münasibətlərini artıq romantizm səviyyəsinə qaldırıblar. Bu xəbər cütlüyə çox yaxın mənbələrə istinadən yayılıb. Riri və Hamilton Nyu-Yorkdakaı restoranlaardan birində gizlincə görüşürlər.
Onlar hətta dekabr ayında İngilis Moda Mükafataı təqdimatına da birlikdə qatılıblar. lakin o zaman heç kim çox yaxın dost olan bu cütlüyün sevgili ola biləcəyini güman etməyib.
"Onlar illərdir görüşürlər. Hər zaman bir-birinə qarşı olan duyğuları zənn edildiyindən daha fərqli olub. Sonunda bir araya gələ bildilər", deyə qəzetin mənbəsi bildirib.

Rihanna yeni sevgilisi Hamilton ilə
Xatırladaq ki, bundan bir neçə ay öncə Rihannanın adı "Real Madrid"in ulduz futbolçusu Kərim Benzema ilə hallanırdı. Pop ulduz oyunçu ilə birlikdə kameraların obyektivlərinə tuş gəlib. Tətil üçün Nyu Yorka gedən fransız futbolçu məşhur popstarla bir restoranda yemək yeyib. Mətbuatda yayılan fotolar cütlük arasında yeni münasibət yaranması dedi-qodularına yol açıb.
Rihanna Fransa yığması 2014-cü il Dünya Kubokundan kənarda qalmasından sonra Twitter hesabından Benzamanı təsəlli etmişdi. "Bəbəyim Benzema" yazaraq sosial şəbəkədə paylaşan popstar məşhur futbolçuya olan heyranlığını ifadə etmişdi.
Bundan öncə isə ifaçının aktyor Leonardo Di Kaprio ilə bərabər olduğu iddia edilirdi.