[ 28 İyul 2015 10:30 ]



Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.

Bu barədə “APA-Economics”ə R.Ağayev məlumat verib.

R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.