Bakı, 28 iyul, AZƏRTAC
“Elektron hökumət” portalına ötən ay 675 min 627 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 266 min 496 nəfər olub.
“Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, iyunda portala müraciət edənlərin 27,6 faizini yeni istifadəçilər, 72,4 faizini isə təkrar müraciət edənlər təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı isə 245 min 458-ə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 421-dir.