Bakı, 30 iyul,AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) informasiya texnologiyaları təchizatını təkmilləşdirir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, hazırda fond kompyuter və şəbəkə avadanlığı almaq məqsədilə potensial təchizatçı şirkətlərlə danışıqlar aparır. Bundan əlavə, elektron kreditləşmənin həyata keçirilməsi məqsədilə "E-kredit" proqram təminatının tətbiqinə hazırlıq görülür.