[ 26 Dekabr 2014 18:31 ]
Bakı. Zümrüd Paşayeva – APA. Pakistanda hərbi məktəbə hücumu planlaşdıran terrorçu məhv edilib.
APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalının Pakistan hərbçilərinə istinadən yaydığı xəbərdə deyilir.
“Taliban”nın Pakistan qanadının əsas komandirlərindən hesab olunan Səddam adlı terrorçu öldürülüb, daha 6 nəfər isə yaralanıb. Təhlükəsizlik qüvvələri yaralı terroçuları həbs ediblər. Hazırda onların dindirildiyi bildirilir.
Xatırladaq ki, dekabrın 16-da “Taliban” qruplaşmasının silahlıları Peşaverdəki hərbi məktəbə hücum edərək 150 şagird və müəllimi qətlə yetiriblər.