Bakı, 31 iyul, AZƏRTAC
Zaqatalada təlim-məşq toplanışını davam etdirən Bakının "Rəvan” futbol klubunun hazırlıq planında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, “Rəvan”ın avqustun 2-də Tbilisidə "Saburtalo” klubu ilə nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq. Paytaxt təmsilçisi həmin gün Gürcüstanın digər elita klubu "Sioni” ilə üz-üzə gələcək. Bu görüşədək isə "Rəvan” "Qəbələ”nin əvəzedici komandası ilə qüvvəsini sınayacaq.