Avropa Rusiyanı sıxışdırır (VİDEO)

Avropa Rusiyanı sıxışdırır (VİDEO)
08:26 26 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel Mariupolun atəşə tutulmasını “sülh sazişinin aşkar və əsassız pozulması” adlandırıb.

Ötən gecə Merkel ilə Ukrayna və Rusiya prezidentləri arasında ayrı-ayrı telefon danışığı baş tutub.

Kansler Rusiya prezidenti Vladimir Putini Ukraynada zorakılığın şiddətlənməsinin qarşısını almağa çağırıb.

Fransa prezidenti Fransua Holland da eyni tələblə Putinə müraciət edib. Bundan başqa Holand Ukrayna prezidenti Poroşenko və Avropa Şurasının rəhbəri Donald Tuskla danışıqlar aparıb. Fransua Holland bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Vladimir Putinlə ayrıca söhbət aparacaq.

ATƏT Mariupolun separatçılar tərəfindən atəşə tutulduğunu iddia etsə də, qiyamçılar bunu danırlar.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerini deyib ki, Avropanın xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bu cümə axşamı bir araya gələcəklər.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR