Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub

10:57 26 Yanvar 2015
124 İdman
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:52 ]



Bakı – APA. Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 20 zəka sahibinin qatıldığı yarışın qalibi adını Zeynəb Məmmədyarova qazanıb.

 

Azərbaycan millisinin lideri 9 turun yekununa əsasən 7 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb. Çempionatda ikinci yeri Nərmin Kazımov tutub. O, ilk “üçlüyü” qapayan Nərmin Məmmədova kimi 6 xal toplasa da, əlavə göstəricilərdə rəqibindən üstün olub.

 

Qeyd edək ki, 2014-cü ildə keçirilən ölkə çempionatının mükafatçıları bu dəfə zəif oyunları ilə diqqət çəkiblər. Çempion Xəyalə Abdulla 7-ci, ikinci yerin sahibi Gülnar Məmmədova (hər ikisi 5,5) 9-cu və bürünc medalçı Aytən Əmrayeva 10-cu (4,5 xal) pilləni tutub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR